Ordu.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Mesaj çərşənbə günü yerli vaxtla təxminən saat 18:30-da daxil olub. Nyu Lenoks polisi əvvəlcə Papanın böyük qardaşlarından biri Con Prevostun Çikaqodan təxminən 40 mil cənub-qərbdə yerləşən evinə bomba təhdidinə reaksiya verdiklərini bildirib.
Polis əməkdaşları evin ətrafında perimetr yaradıb, yaxınlıqdakı evlər isə təhlükəsizlik məqsədilə təxliyə olunub.
Onlar ixtisaslaşmış bölmələrin K9 partlayıcı maddələrin aşkarlanması sistemləri ilə “evi və ətraf ərazini ətraflı axtarıblar” və müəyyən ediblər ki, təhdid “əsassızdır, partlayıcı qurğu və ya təhlükəli maddələr aşkar edilməyib”.
Heç kim xəsarət almayıb və təxliyə olunan sakinlərə təhlükəsiz şəkildə evlərinə qayıtmağa icazə verilib.
Sevinc Əliyeva
Ordu.az