İndoneziyada helikopter qəzasında səkkiz nəfər həlak olub

2026/02/1771868793.jpg
Oxunub: 333     08:05     17 Aprel 2026    
İndoneziyanın Qərbi Kalimantan əyalətində "Airbus H130" helikopterinin qəzaya uğraması nəticəsində səkkiz nəfər həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə "Reuters" yerli hakimiyyət nümayəndələrinə istinadən məlumat yayıb.

Məlumata görə, göyərtədə altı sərnişin və iki heyət üzvü olub, onların heç biri sağ qalmayıb.

İndoneziyanın xilasetmə agentliyinin rəhbəri Məhəmməd Safinin sözlərinə görə, hava gəmisi aprelin 16-sı səhər saatlarında Melavi bölgəsindəki plantasiya ərazisindən havaya qalxdıqdan cəmi beş dəqiqə sonra radar ekranlarından itib. Daha sonra axtarış-xilasetmə qrupları əlaqənin kəsildiyi yerdən təxminən 3 km aralıda helikopter qalıqlarını aşkar ediblər. Qəza ərazisi mürəkkəb dağ relyefinə malik sıx meşəlik ərazidə yerləşir.

Yerli xilasetmə xidməti helikopterin göyərtəsində olan bütün səkkiz nəfərin həlak olmasını təsdiqləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Helikopter   Qəza  


Bizi "telegram"da izləyin