ABŞ Venesuelada seçkilərin mümkün tarixini açıqlamağa hazır deyil

2025/12/1765691743.jpg
Oxunub: 368     06:28     17 Aprel 2026    
ABŞ hələlik Venesuelada seçkilərin mümkün tarixlərini açıqlamağa hazır deyil.

Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin Qərb Yarımkürəsi İşləri Bürosunun yüksək vəzifəli rəsmisi Maykl Kozak aprelin 16-da ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin dinləmələrində bildirib.

"Bizim təyin etdiyimiz bir tarix yoxdur, seçkilərə və demokratiyaya keçidə imkan verəcək şərtlərimiz var. Və biz bu şərtlərin icrasına nəzarət edirik", - deyə o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Venesuela  


Bizi "telegram"da izləyin