Ordu.az xəbər verir ki, bu məlumatlar Çin Nüvə Enerjisi Assosiasiyası tərəfindən hazırlanan və açıqlanan "2026-cı il üçün Çinin nüvə enerjisinin inkişafı haqqında hesabat"da yer alıb.
Sənəddən məlum olur ki, Çin ərazisində kommersiya istismarı rejimində AES-lərin 60 enerji bloku fəaliyyət göstərir. Bundan əlavə, 36 enerji bloku tikinti mərhələsindədir - bu, planetdə inşa edilən bütün nüvə reaktorlarının yarısından çoxunu təşkil edir. Daha 16 enerji bloku artıq dövlət tərəfindən təsdiqlənmə prosedurundan keçib və tikinti işlərinin başlanmasını gözləyir.
Hesabatda qeyd olunub ki, 2026-cı ildə Çin iki yeni enerji blokunun inşasına başlayıb və cari ilin sonunadək yeddi qurğunu istismara vermək niyyətindədir.
Ordu.az