İƏT Livan və İsraili atəşkəs razılaşmasına riayət etməyə çağırıb

2026/04/1776354469.jpg
Oxunub: 469     01:45     17 Aprel 2026    
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın Livanda atəşkəs əldə olunması ilə bağlı açıqlamasını məmnuniyyətlə qarşılayıb.

Ordu.az xəbər verir ki, bu barədə İƏT-nin bəyanatında qeyd olunub.

Bəyanatda sözügedən razılaşmaya nail olmaq üçün göstərilən diplomatik səylər yüksək qiymətləndirilib, bütün tərəflərin atəşkəsə riayət etməsinin və xələl gətirməməsinin vacibliyi vurğulanıb.

Bəyanatda İƏT-nin Livana birliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında dəstəyi və onunla həmrəyliyi ifadə edilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp aprelin 16-da bildirib ki, İsrail və Livan Şərq vaxtı ilə saat 17:00-dan etibarən 10 günlük atəşkəs rejiminin tətbiq edilməsi barədə razılığa gəlib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail  


Bizi "telegram"da izləyin