“Hədəfimiz tam müstəqil Türkiyəni vücuda gətirməkdir” - Haluk Görgün

2026/04/1776371532.jpg
Oxunub: 583     00:17     17 Aprel 2026    
8-ci Səmərəlilik və Texnologiya Sərgisi Türkiyə vitse-prezident Cevdet Yılmaz ilə əmək və sosial təhlükəsizlik naziri Vedat Işıkhanın da iştirakı ilə ATO “Congresium”da başlayıb.

Ordu.az xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi Komitəsinin rəhbəri Haluk Görgün açılış çıxışında sərginin “Gələcəyə Hazırıq” vizyonu ilə akademiyanı, sənayeni, sahibkarları və gəncləri eyni hədəf ətrafında topladığını bildirib, Türkiyənin istehsal gücünü, texnologiya qabiliyyətini və inkişaf iradəsini irəli aparan hər təşkilatı dəyərli hesab etdiklərini söyləyib.

Haluk Görgün qeyd edib: “Türkiyənin istehsal gücünü, texnologiya qabiliyyətini və inkişaf iradəsini irəli aparan hər təşkilatı çox dəyərli hesab edirik. Bu təşkilat akademiyanı, sənayeni, sahibkarları, gəncləri eyni hədəf ətrafında toplayır. Hədəfimiz hər sahədə səmərəli layihələr istehsal edərək tam müstəqil Türkiyəni vücuda gətirməkdir”.

GHOST proqramı ilə gələcəyin texnologiyaları müəyyən edilir

Müdafiə sənayesində həyata keçirilən GHOST Proqramına da toxunan Görgün bu quruluşun gələcəyin əməliyyat mühitini formalaşdıracaq texnologiyaları müəyyən etmək məqsədilə inkişaf etdirildiyini izah edib. Görgün proqramın mərhələlərini bu sözlərlə açıqlayıb:

“Bu anlayışla həyata keçirdiyimiz GHOST çalışmaları, yəni Gələcəyin Hərəkat Ortamını Şəkilləndirəcək Texnologiyalar, gələcəyi sistemli şəkildə oxumağımıza və hazırlaşmağımıza imkan yaradır. GHOST proqramının ilk mərhələsində gələcəyin əməliyyat ssenarilərini masaya yatırırıq.

İkinci mərhələdə bu ssenarilərin önə çıxardığı kritik texnologiyaları müəyyən edir və prioritet sıralamaları aparırıq. GHOST ilə müəyyən edilən texnologiya hədəflərini ODAK texnologiya şəbəkələri quruluşuna daşıyır, qısa, orta və uzunmüddətli yol xəritələrimizi formalaşdırırıq”.

Qərar qəbuletmə proseslərində məlumat əsaslı metodlardan istifadə etdiklərini vurğulayan Görgün texnologiya sahələri arasındakı əlaqələrin analitik metodlarla qiymətləndirildiyini bildirib. Görgün deyib: “Bu addımları atarkən fərqli qərar qəbuletmə sistemlərini eyni vaxtda işlədirik. DEMATEL metodu ilə texnologiya sahələri arasındakı qarşılıqlı təsir quruluşunu həll edirik. AHP metodu ilə qərar qəbuletmə meyarlarını çəkiləndiririk. TOPSIS yanaşması ilə alternativləri prioritetləşdiririk. Beləliklə texnologiya yol xəritəmizi və layihə seçimlərimizi məlumata əsaslanan, müqayisəli və nəticəyönlü təməl üzərində inşa edirik”.

Süni zəka və kvant sahəsində çoxsaylı layihələr həyata keçirilir

Müdafiə sənayesindəki uğurun arxasında bu metodoloji intizamın dayandığını bildirən Görgün gələcəyin texnologiyalarına yönəlik layihələrin “Müdafiə Sənayesi ARGE Geniş Sahə” (SAGA) çağırışları çərçivəsində həyata keçirildiyini söyləyib.

Görgün son bir ildə üç ayrı SAGA çağırışı yayımlandığını bildirərək bu ifadələri işlədib: “Bu gün burada tək-tək layihə adlarını sadalamaqdansa, SAGA çağırışlarından sonra yaranan layihə portfelimizin mahiyyətini vurğulamaq istərdim. Süni zəka sahəsində istehsaledici süni zəka, çoxmodlu süni zəka, böyük dil modelləri, izah edilə bilən süni zəka və böyük fəaliyyət modelləri kimi başlıqlarla ondan çox yeni layihəni eyni anda həyata keçiririk. Yenə SAGA çağırışları çərçivəsində kvant sahəsində hesablama, algılama, naviqasiya və rabitə mövzularında layihələr həyata keçiririk”.

Yerli və milli sistemlərin inkişaf etdirilməsi ilə təhlükəsizlik qabiliyyətinin gücləndirildiyini söyləyən və insan resursunun əhəmiyyətinə diqqət çəkən Görgün Milli Səriştə Hərəkatının müdafiə sənayesinin uzunmüddətli təminatı olduğunu ifadə edib.

Görgün bu yanaşmanın təməli ilə bağlı bunları qeyd edib: “İnsan dəyərinin keyfiyyəti bir millətin ən böyük gücüdür. Milli Səriştə Hərəkatımız strateji hədəflər və texnologiya yol xəritələri ilə uyğun istedad idarəetmə sistemi qurmağı və sektor şirkətlərində insan resursu proseslərini inkişaf etdirməyi hədəfləyir. Bizim üçün yetkinlik texniki bilik, intizam, həll istehsal etmə qabiliyyəti, qurum mədəniyyəti, liderlik anlayışı və məsuliyyət şüurunun birləşməsidir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Görgün   Türkiyə  


Bizi "telegram"da izləyin