Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
“İran hesab edir ki, danışıqların əvvəlində Vaşinqtonun öz öhdəliklərini pozması və bu günədək davam edən davranışı səbəbindən danışıqların mümkün növbəti mərhələsinin nəticə verməsi az ehtimal olunandır”, - deyə nəşr qeyd edib.
KİV-in vurğuladığına görə, İran pakistanlı vasitəçilər vasitəsilə çatdırıb ki, ABŞ ilk növbədə öz öhdəliklərini yerinə yetirməli, ikinci olaraq isə danışıqlar zamanı adət etdiyi həddindən artıq tələblərdən çəkinməlidir. Pakistanlı vasitəçi danışıqların ikinci mərhələsini təşkil etməyə çalışdığı halda, İran bildirib ki, zəruri ilkin prosedurlar yerinə yetirilmədən və uyğun çərçivə yaradılmadan belə danışıqlar səmərəsiz olacaq.
Sevinc Əliyeva
Ordu.az