Ordu.az xəbər verir ki, bu barədə fon der Lyayen “X” sosial şəbəkəsində yazıb.
“Mən Prezident Trampın vasitəçiliyi ilə elan olunan İsrail və Livan arasında 10 günlük atəşkəsi alqışlayıram. Bu, böyük təsəllidir, çünki bu münaqişə artıq həddindən artıq çox insanın həyatına son qoyub. Avropa Livanın suverenliyinə və ərazi bütövlüyünə tam hörmət göstərilməsi çağırışlarını davam etdirəcək. Biz eyni zamanda Livan xalqına əhəmiyyətli humanitar yardımla dəstəyimizi davam etdirəcəyik”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az