"İsrailin Livanla tarixi bir razılaşma əldə etmək imkanı var" - Netanyahu

2026/03/1773557305.jpg
Oxunub: 531     23:16     16 Aprel 2026    
İsrailin Livanla tarixi bir sülh razılaşmasına nail olmaq imkanı var.

Ordu.az-ın məlumatına görə, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu deyib.

"Livanla tarixi bir sülh razılaşmasına nail olmaqimkanımız var. Prezident [ABŞ Donald] Tramp məni və Livan Prezidenti [Cozef Aun]u bu razılaşmanı irəlilətməyə çalışmaq üçün Vaşinqtona dəvət etmək niyyətindədir", - deyə B. Netanyahu video müraciətində bildirib.

İsrailin baş naziri əlavə edib ki, o, Livanla sülh sazişində irəliləyiş əldə etmək üçün "[Livanda] 10 günlük müvəqqəti atəşkəsə razılıq verib".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   Livan   İsrail  


Bizi "telegram"da izləyin