“İsrailin Livanla sülh sazişinə nail olmaq üçün tarixi imkanı var” - Netanyahu

2026/04/1775628713.jpg
Oxunub: 665     23:18     16 Aprel 2026    
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin Livanla sülh sazişinə nail olmaq üçün “tarixi” imkana malik olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Netanyahu videomüraciətində deyib: “Bizim Livanla tarixi sülh sazişinə nail olmaq imkanımız var”. O qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp danışıqları irəli aparmaq üçün onu və Livan Prezidenti Cozef Aunu Ağ Evə dəvət etmək niyyətindədir.

Netanyahu bildirib ki, İsrail Livanda “qüvvələr balansını dəyişib”, 2024-cü ildə peycerlərlə həyata keçirilən hücuma, qruplaşmanın raket arsenalının məhv edilməsinə və onun lideri Həsən Nəsrullahın öldürülməsinə istinad edib.

O əlavə edib ki, ötən ay İsrail Livandan “40 ildən çox müddətdə ilk dəfə” birbaşa danışıqlara çağırışlar alıb.

“Mən bu çağırışa cavab verdim”, - deyə Netanyahu bildirib.

O qeyd edib ki, İsrail danışıqları irəli aparmağa cəhd etmək üçün “müvəqqəti 10 günlük atəşkəs”ə razılaşıb. Lakin Netanyahu əsas tələblərin dəyişməz qaldığını vurğulayıb: “Hizbullah”ın silahsızlaşdırılması və sabit sülh: gücə əsaslanan sülh”.

Netanyahu vurğulayıb ki, o, “Hizbullah”ın atəşkəs şərtlərini, “İsrail qoşunlarının Livanın bütün ərazilərindən beynəlxalq sərhədə qədər çıxarılması və “sükut müqabilində sükut” formatında atəşkəs” tələblərini rədd edir, lakin qrup buna baxmayaraq atəşkəsə razılaşıb.

O vurğulayıb ki, İsrail qoşunları Livanda qalacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İsrail   Livan  


Bizi "telegram"da izləyin