Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın TASS agentliyi məlumat yayıb.
“Son vaxtlar Ukraynanın Finlandiya və Baltik ölkələri vasitəsilə Rusiyaya qarşı pilotsuz uçuş aparatı zərbələri daha tez-tez qeydə alınır. Nəticədə mülki şəxslər zərər görür və mülki infrastruktura əhəmiyyətli ziyan vurulur”, - deyə Şoyqu KİV-ə şərhində bildirib.
Onun sözlərinə görə, “bu, iki halda baş verə bilər: ya Qərbin hava hücumundan müdafiə sistemləri son dərəcə səmərəsizdir, necə ki, bu, artıq Yaxın Şərqdəki hadisələr zamanı baş verib, ya da həmin dövlətlər öz hava məkanını qəsdən təqdim edirlər, bu isə o deməkdir ki, onlar Rusiyaya qarşı təcavüzün açıq şərikləridirlər”.
“Sonuncu halda, beynəlxalq hüquqa əsasən, BMT Nizamnaməsinin dövlətlərin silahlı hücum zamanı ayrılmaz özünümüdafiə hüququnu müəyyən edən 51-ci maddəsi qüvvəyə minir”, - deyə Rusiya Təhlükəsizlik Şurasının katibi vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az