Tramp: "İsrail və Livan liderləri arasında görüş 1-2 həftə ərzində ABŞ-də baş tuta bilər" (YENİLƏNİB)

2026/01/1769008045.jpg
Oxunub: 1218     23:28     16 Aprel 2026    
ABŞ Prezidenti Donald Tramp İsrail və Livan arasında liderlər səviyyəsində birbaşa danışıqların bir və ya iki həftə ərzində Vaşinqtonda baş tuta biləcəyini ehtimal edib.

Ordu.az xəbər verir ki, bu barədə o, Ağ evin qarşısında jurnalistlərə deyib.

"Növbəti bir və ya iki həftə ərzində", - deyə o, İsrailin Baş naziri Benyamin Netanyahu və Livan Prezidenti Cozef Aunun görüşünün ehtimal olunan tarixi ilə bağlı suala cavab verib.

"Onlar görüşəcəklər. Çox güman ki, dörd və ya beş gün ərzində Ağ evə gələcəklər", - Tramp deyib.

Onun sözlərinə görə, bu, son onilliklər ərzində bu cür ilk təmas olacaq. "Bunun Livan və İsraillə bağlı işə yarayacağına dair, həqiqətən, yaxşı şans var. Çox da uzaq olmayan gələcəkdə məhz burada görüşnə şansı var", - deyə o əlavə edib.

***

ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində İsrailin baş naziri Benyamin Netanyahunu və Livan prezidenti Cozef Aunu Ağ Evə dəvət edəcəyini bildirib.

Ordu.az xəbər verir ki, paylaşımında o, iki ölkə lideri ilə apardığı danışıqlardan bəhs edib.

“Mən indicə Livanın böyük hörmətə malik prezidenti Cozef Aun və İsrailin baş naziri Bibi Netanyahu ilə möhtəşəm danışıqlar apardım. Həmin iki lider razılaşdı ki, ölkələri arasında SÜLHƏ nail olmaq üçün Şərq vaxtı ilə saat 17:00-da rəsmi şəkildə 10 günlük atəşkəs elan edəcəklər. Çərşənbə axşamı iki ölkənin nümayəndələri burada, Vaşinqtonda, 34 ildən sonra ilk dəfə olaraq, bizim böyük dövlət katibimiz Marko Rubio ilə görüşdülər.

Mən vitse-prezident Cey Di Vensə, dövlət katibi Rubioya və Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri Den Razin Keynə İsrail və Livanla əməkdaşlıq edərək uzunmüddətli SÜLHƏ nail olmaq üçün işləməyi tapşırmışam. Dünyada doqquz müharibəni həll etmək mənim şərəfim olub və bu, mənim 10-cum olacaq. Buna görə də gəlin buna son qoyaq”, - deyə Tramp yazıb.

ABŞ prezidenti ikinci paylaşımında İsrailin baş naziri Benyamin Netanyahunu və Livan prezidenti Cozef Aunu Ağ Evə “1983-cü ildən bəri İsrail ilə Livan arasında baş tutmuş ilk məzmunlu danışıqlar üçün, çoxdan baş verməli olan görüşə” dəvət edəcəyini bildirib.

“Hər iki tərəf SÜLH istəyir və mən inanıram ki, bu, tezliklə baş verəcək”, - deyə Tramp əlavə edib.

***

ABŞ Prezidenti Donald Tramp sabah Livan və İsrailin liderlər səviyyəsində danışıqlar aparacağını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə o "Truth Social" sosial şəbəkəsində yazıb.

"İsrail və Livan arasında gərginliyi bir az azaltmağa çalışırıq. Liderlərin görüşündən uzun müddət keçib - təxminən 34 il. Bu, sabah baş tutacaq. Əla!" - o yazıb.

Daha əvvəl Tramp Livan Prezidenti Jozef Aunla telefon danışığı aparıb. Tərəflər Livan və İsrail arasında tezliklə atəşkəsin əldə olunması imkanını müzakirə ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Livan   İsrail  


Bizi "telegram"da izləyin