Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“Xarici Kəşfiyyat Xidməti kəşfiyyat məlumatları əldə edir ki, başqa bir ölkədə həmin ölkənin xüsusi xidmət orqanlarının adından çıxış edən müxtəlif şəxslər erməni əsilli və Ermənistan vətəndaşı olan, həmçinin həmin ölkədə iqtisadi fəaliyyətlə məşğul olan şəxslərə təzyiq göstərməyə çalışırlar. Məqsəd onları Ermənistanda gözlənilən parlament seçkilərində iştirak üçün müraciət etmiş bəzi siyasi qüvvələrə dəstək verməyə sövq etməkdir. Bu dəstək həmin iş adamları tərəfindən qeyd olunan siyasi qüvvələrə maliyyə və təşkilati xarakterli yardım göstərilməsi də daxil olmaqla, lakin bununla məhdudlaşmayan fəaliyyətləri əhatə edir”, - deyə bəyanatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az