TDT rəqabət qurumları rəhbərlərinin üçüncü iclası iyunda Şuşada baş tutacaq

2024/09/1727161841.jpg
Oxunub: 358     11:08     10 Mart 2026    
Türk Dövlətləri Təşkilatının (TDT) rəqabət orqanları rəhbərlərinin üçüncü iclasının tarixi açıqlanıb.

Ordu.az xəbər verir ki, Şuşada keçirilməsi nəzərdə tutulan toplantı cari il iyunun 12-13-də baş tutacaq.

Qeyd edək ki, bundan əvvəlki iclaslar Türkiyə və Macarıstanda keçirilib.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan daxildir. Türkmənistan və Macarıstan isə müşahidəçi ölkələrdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şuşa   TDT  


Bizi "telegram"da izləyin