Paşinyan Koşta və Lyayenin təşəbbüsü ilə keçirilən onlayn görüşdə iştirak edib

2026/03/1773075061.jpg
Oxunub: 352     20:46     09 Mart 2026    
Ermənistan Baş naziri Nikol Paşinyan videokonfrans formatında Avropa Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin təşəbbüsü ilə təşkil olunan onlayn görüşdə iştirak edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, görüş zamanı regionun bir sıra ölkələrinin rəhbərləri Yaxın Şərq ətrafında yaranmış vəziyyəti və regional gərginliyin azaldılması yollarını müzakirə ediblər.

“Müzakirə zamanı iştirakçılar yaranmış vəziyyət və onun mümkün həlli yolları barədə fikir mübadiləsi apararaq diplomatik səylərin fəallaşdırılmasının vacibliyini vurğulayıblar.

Baş nazir Paşinyan çıxışında bildirib ki, Ermənistan regionda baş verən hadisələri narahatlıqla izləyir. O, xüsusilə qeyd edib ki, mövcud vəziyyətdə Ermənistan üçün dost və tərəfdaş olan bir sıra ölkələr də iştirak edir.

Baş nazir gərginliyin azaldılması və vəziyyətin sabitləşdirilməsinə yönəlmiş diplomatik səylərin əhəmiyyətini vurğulayıb, böhranın mümkün qədər tez həll olunmasının vacibliyini qeyd edib. Nikol Paşinyan Ermənistanın sülhə və sabitliyə yönəlmiş bütün konstruktiv təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyib”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Koşta   Lyayen  


Bizi "telegram"da izləyin