Ermənistan MTX-nin binasını yandırmağa cəhd edən şəxs 2 ay müddətinə həbs edilib

2026/03/1772863693.jpg
Oxunub: 328     20:20     09 Mart 2026    
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binasını yandırmağa cəhd edən şəxs 2 ay müddətinə həbs edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl internetdə bir şəxsin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binasını yandırmağa cəhd etməsini əks etdirən video yayılmışdı.

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cinayət törətməkdə şübhəli bilinən 1 nəfər saxlanılıb və ibtidai istintaq orqanına təqdim edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX  


Bizi "telegram"da izləyin