Ordu.az xəbər verir ki, bunu iranlı analitik Puya Hüseyni deyib.
“Tramp belə bir addıma getmək istəməz. Çünki bu baş versə, müharibə uzanar və ABŞ daha böyük itkilər verər. Amerika cəmiyyətində də administrasiyaya qarşı təzyiq var.
Onlar ümid edirlər ki, güc strukturlarını hədəf alaraq İranda narazı kütlənin küçələrə çıxmasına, hökumətə qarşı etirazların və təxribatların başlamasına nail olsunlar və vətəndaş müharibəsi yaradaraq hakimiyyət dəyişikliyi əldə etsinlər”, - deyə o bildirib.
Hüseyni qeyd edib ki, hakimiyyət tərəfdarlarının sayı çoxdur və onlar küçələri tərk etmirlər.
“Müxtəlif şəhərlərdə milyonlarla insan hökuməti dəstəkləyir. Eyni zamanda hökuməti sevməyən narazı kütlə də var və onların sayı da az deyil. Lakin xarici qüvvələr bu kütlədən istifadə edərək etiraz aksiyalarını və üsyanı qızışdırmağa çalışırlar.
Bu cür ssenarilər əvvəllər Liviya və Suriyada tətbiq olunub. Netanyahu əvvəldən demişdi ki, İranda “Liviya ssenarisi” həyata keçirmək istəyirlər: yəni xalqı daxildən qızışdırıb hakimiyyəti devirmək.
Amma bu baş verməyəcək. İranda vətəndaş müharibəsi olmayacaq.
İsrail regionda güclü dövlətlərin olmamasını istəyir və bu yolla öz hegemonluğunu genişləndirmək, həmçinin bölgənin bütün neft resurslarına nəzarət etmək niyyətindədir. Bu güclü dövlətlər sırasında İraq, Suriya, İran, Türkiyə və Misir var”, - deyə Hüseyni bildirib.
Alpər Mövludoğlu
Ordu.az