İsrail ordusu İran İnqilab Keşikçilərinin “Kosmik Qüvvələr” qərargahını vurduğunu bildirir

2026/03/1772991664.jpg
Oxunub: 377     21:40     08 Mart 2026    
İsrail ordusu İran İnqilab Keşikçiləri Korpusunun “kosmik qüvvələrinin qərargahını” vurduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, açıqlamada bildirilib:

“Zərbələr çərçivəsində İsrail Müdafiə Qüvvələri İran rejiminin İnqilab Keşikçilərinin Kosmik Qüvvələri qərargahını hədəfə alaraq məhv edib”.

İsrail ordusunun məlumatına görə, bu obyekt İran Kosmik Agentliyi ilə əlaqəli qəbul, ötürmə və tədqiqat mərkəzi kimi fəaliyyət göstərirdi.

Mərkəzdə həmçinin “Xəyyam” peykinin komanda-idarəetmə sistemi yerləşirdi.

Bu peyk 2022-ci ilin avqustunda Rusiyanın “Soyuz-2.1b” raketi ilə Baykonur kosmodromundan orbitə buraxılmışdı. ABŞ həmin peykin İrana güclü casusluq imkanları verəcəyini bildirmişdi. İran isə peykin sərhədlərin monitorinqi, təbii ehtiyatların və kənd təsərrüfatının idarə olunması üçün istifadə ediləcəyini açıqlamışdı.

İsrail ordusu əlavə edib ki, Tehranda sursat saxlanılan təxminən 50 bunker və İnqilab Keşikçilərinin quru qüvvələrinə məxsus kompleks də vurulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İİKK  


Bizi "telegram"da izləyin