“Ermənistan-İran gərginliyi fonunda Ermənistanın səhv addımı” - Marukyan

2019/02/22295-1549356681.jpg
Oxunub: 393     19:29     08 Mart 2026    
“İran zərbə endirmədiyini deyir, biz isə Bayramova zəng edirik və Bayramovla Xarici İşlər Nazirliyi Azərbaycanın ərazi bütövlüyünə həmrəylik göstərən bütün ölkələrə təşəkkür edir və həmin siyahıda Ermənistan da yer alır”.

Ordu.az xəbər verir ki, bu barədə “İşıqlı Ermənistan” partiyasının lideri Edmon Marukyan bildirib.

O, Naxçıvana hücumla bağlı hadisəyə Ermənistan tərəfinin reaksiyasına münasibət bildirərkən qeyd edib ki, Ceyhun Bayramova zəng olunmamalı idi.

“Mən hesab edirəm ki, Ermənistan Respublikası Bayramova zəng etməməli idi. İki ölkənin problemlərinin arasına girməyə ehtiyac yoxdur, xüsusilə də İran deyəndə ki, onlar hücum etməyib, bu provokasiya olub. Bu vəziyyətdə Ermənistan heç nə etməməli idi. İnsanlar deyir ki, pirojki yeyirlər, bəli, qoy pirojki yesinlər. Normaldır, mən o pirojkilərdə problem görmürəm. Amma bir şeyə baxın: bizim bayrağımız o 40 ölkənin siyahısında olmamalı idi. Heç bir konfiqurasiyada orada yer almamalı idi. İran zərbə endirmədiyini deyir, biz isə Bayramova zəng edirik və Bayramovla Xarici İşlər Nazirliyi Azərbaycanın ərazi bütövlüyünə həmrəylik göstərən bütün ölkələrə təşəkkür edir və həmin siyahıda Ermənistan da yer alır.

Siz haradan bilirsiniz ki, o PUA-lar haradan gəlib, ora necə düşüb? Siz nə başa düşürsünüz, o PUA-lar hansı PUA-lardır, niyə düşüb? Siz sakit qala bilərdiniz, bu dövlətə heç bir zərər vermədən. Səhv etmisiniz, zəng etməməli idiniz”, - deyə Marukyan deyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran  


Bizi "telegram"da izləyin