Ordu.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Bombardmançı təyyarələrdən biri martın 6-da Britaniya aviabazasına çatıb, daha üç təyyarə isə martın 7-də yenidən yerləşdirilib. Böyük Britaniya Müdafiə Nazirliyi "B-1" təyyarəsinin ölkəyə gəlişini təsdiqləyib. Məlumatda deyilir: "ABŞ, İranın bölgəyə raket atmasının qarşısını almaq və Britaniya vətəndaşlarının həyatını təhlükəyə atmamaq üçün ölkənin bazalarından xüsusi müdafiə əməliyyatları üçün istifadə etməyə başlayıb".
Amerika tərəfinin "yaxın günlərdə" İrana zərbə endirmək üçün Ferford Hərbi Hava Qüvvələri bazasından döyüş uçuşları həyata keçirməyə başlaması gözlənilir.
Ordu.az