Ordu.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
"Biz İrandakı İspaniya səfirliyini uğurla təxliyə etdik. Tehranda qalan səfir və əsas heyət Azərbaycan sərhədini keçib və təhlükəsiz ərazidədir", - deyə paylaşımda bildirilib.
Onun sözlərinə görə, bölgədəki digər İspaniya diplomatik nümayəndəlikləri və böhran mərkəzi təcili telefon xətləri üzərindən gecə-gündüz fəaliyyətini davam etdirir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb, respublikanın şəhərlərinə hava hücumları təşkil ediblər.
Ordu.az