Lebedev: "MDB dövlət başçılarının görüşü oktyabrın 10-da Düşənbədə keçiriləcək"

2024/02/186a5-1708780179.jpg
Oxunub: 284     13:07     05 İyun 2025    
Bu il oktyabrın 10-da Düşənbədə (Tacikistan) MDB dövlət başçılarının növbəti görüşü keçiriləcək.

Ordu.az Tacikistan KİV-lərinə istinadən xəbər verir ki, bunu təşkilatın baş katibi Sergey Lebedev bildirib.

Qeyd edilib ki, oktyabrın 9-da isə Düşənbədə MDB ölkələrinin xarici işlər nazirlərinin iclası keçiriləcək.

O, həmçinin bildirib ki, MDB Hökumət Başçıları Şurasının növbəti iclası sentyabrın 30-da Minskdə keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lebedev   MDB  


Bizi "telegram"da izləyin