Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Reuters”ə danışan iki yüksək səviyyəli ABŞ rəsmisi Ukraynanın 117 PUA ilə həyata keçirdiyi “Spider’s Web” əməliyyatında 10-a yaxın Rusiya döyüş təyyarəsinin məhv edildiyini, ümumilikdə 20 təyyarənin vurulduğunu bildirib.
Bu rəqəm Zelenskinin 41 təyyarənin yarıdan çoxunun təmir oluna bilməyəcək dərəcədə zədələndiyi barədə bəyanatından xeyli aşağıdır.
ABŞ rəsmiləri yenə də hücumun Rusiyaya ağır zərbə vurduğunu qeyd ediblər.
Məlumata görə, Rusiya prezidenti Vladimir Putin hücumdan sonra ABŞ prezidenti Donald Trampa zəng edərək, Moskvanın hücuma cavab verməli olduğunu deyib.
Tramp isə sosial şəbəkədəki paylaşımında bildirib: “Bu, yaxşı danışıq idi, lakin dərhal sülh gətirəcək bir danışıq deyildi”.
Sevinc Əliyeva
Ordu.az