Rusiyada dəmiryolunda partlayış olub, iki qatarın hərəkəti dayanıb

2025/06/1749112849.jpg
Oxunub: 298     12:22     05 İyun 2025    
Rusiyanın Voronej vilayətində dəmiryolunda partlayış olub.

Ordu.az yerli teleqram kanallarına istinadən xəbər verir ki, nəticədə iki qatarın hərəkəti dayanıb.

Bildirilib ki, Yevdakovo və Saqunami stansiyaları arasında baş verən partlayış nəticəsində dəmiryol xətti zədələnib.

İlkin məlumata görə, yaralanan olmayıb. Hadisə yerində təcili xidmətlər işləyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Dəmiryolu   Partlayış  


Bizi "telegram"da izləyin