Ura.ru nəşrinin Yekaterinburqdakı redaksiyasında axtarışlar aparılır

2025/06/1749104669.jpg
Oxunub: 259     10:14     05 İyun 2025    
Rusiyanın məşhur Ura.ru nəşrinin Yekaterinburqdakı redaksiyasında axtarışlar aparılır.

Ordu.az xəbər verir ki, bu barədə TASS da hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.

RİA Novosti-nin mənbəsi qeyd edib ki, Ura.ru-nun redaksiyasında aparılan istintaq hərəkətləri 2021-ci ilin martında xarici agent kimi tanınan “Həkimlər Alyansı” qeyri-kommersiya təşkilatı tərəfindən nəşrin 2020-ci ildə maliyyələşdirilməsi ilə bağlı ola bilər.

Hüquq-mühafizə orqanlarından TASS-a verilən məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Yekaterinburqda Ura.ru-nun iki əməkdaşını, o cümlədən redaktor Denis Allayarovu saxlayıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ura.ru   Yekaterinburq  


Bizi "telegram"da izləyin