Qərb ölkələri Ukraynaya yeni hərbi yardım paketi ayırır

2025/06/1749062624.jpg
Oxunub: 444     22:42     04 İyun 2025    
Ukraynaya hərbi təchizat üzrə Təmas Qrupunda iştirak edən ölkələr Kiyevə bir neçə milyard avro məbləğində yardım göstərməklə bağlı yeni öhdəliklər götürüblər.

Ordu.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili Brüsseldə Ramşteyn formatında Təmas Qrupunun görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

"Bizim qətiyyətimiz Avropadakı və onun hüdudlarından kənardakı müttəfiqlərimiz tərəfindən dəstəklənir. Bu gün onlar Ukraynaya mübarizədə kömək etmək üçün milyardlarla avro dəyərində mühüm öhdəliklər götürüblər", - o deyib.

Qeyd edək ki, iclasa Böyük Britaniya və Almaniya sədrlik edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərb   Ukrayna  


Bizi "telegram"da izləyin