Putin Bryansk və Kursk vilayətlərində qatarın partladılmasını terror aktı adlandırıb

2023/06/648c7-1686931258.jpg
Oxunub: 543     19:50     04 İyun 2025    
Bryansk və Kursk vilayətlərində qatarların partladılması, şübhəsiz ki, terror aktıdır.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hökumətlə görüşündə deyib.

O, bu cinayətləri mülki şəxslərə qarşı məqsədyönlü hücum adlandırıb.

“Əlbəttə, hər yerdə və həmişə, silahlı münaqişələr zamanı, çox təəssüf ki, mülki əhali əziyyət çəkir. Lakin Bryansk vilayətində, Bryanskda baş verənlər mülki şəxslərə qarşı məqsədyönlü hücum idi”, - Rusiya dövlət başçısı söyləyib.

Putin vurğulayıb ki, bütün beynəlxalq normalara görə belə hərəkətlər terror aktı adlanır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Bryansk   Kursk  


Bizi "telegram"da izləyin