NATO rəhbəri vurulan Rusiya təyyarələrinin Ukrayna əhalisinə hücumda istifadəsini açıqlayıb

2024/02/1707988871.jpg
Oxunub: 539     17:14     04 İyun 2025    
“Ukrayna Təhlükəsizlik Xidmətinin “Hörümçək toru” xüsusi əməliyyatı nəticəsində Rusiya aerodromlarında vurulan 41 hərbi təyyarədən dinc əhaliyə hücumlarda istifadə edilib”.

Ordu.az-ın xəbərinə görə, NATO-nun baş katibi Mark Rütte Ukrayna Təhlükəsizlik Xidmətinin iyunun 1-də keçirdiyi əməliyyata münasibət bildirərkən belə deyib.

O bildirib ki, bu faktor Ukraynanın müttəfiqləri tərəfindən nəzərə alınmalıdır.

Baş katib həmin hadisənin rəsmi Moskva ilə danışıqlara təsirini dəyərləndirərkən vurğulayıb ki, tərəfdaşlar rəsmi Kiyevin sülh danışıqlarında əlverişli mövqeyə malik olmasını arzulayır:

“Biz bu münaqişənin uzunmüddətli həll yolunu tapmasını istəyirik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin