Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsinin vaxtı bilinib

2025/04/1744913247.jpg
Oxunub: 438     16:44     04 İyun 2025    
Şənbə və bazar günləri hərbi əsirlərin mübadiləsi keçiriləcək.

Ordu.az “Unian“a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, Rusiya 500 hərbçini dəyişdirməyə hazırdır, lakin Ukrayna hələ siyahını almayıb.

Zelenski qeyd edib ki, əsirlərin mübadiləsindən sonra meyitlərin mübadiləsi baş tutacaq.

Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   Əsir  


Bizi "telegram"da izləyin