Moldova 2028-ci ildə Aİ-yə daxil olmaq üçün maksimim səy göstərəcək

2025/06/1749039007.jpg
Oxunub: 400     16:03     04 İyun 2025    
Moldova Baş naziri Dorin Reçan hökumətin artıq 2028-ci ildə Avropa İttifaqına daxil olmaq üçün maksimum səy göstərməyə hazır olduğunu bildirib.

Ordu.az-ın məlumatına görə, bu barədə Moldova hökumətinin mətbuata açıqlamasında deyilir.

"Hökumət Moldovanın 2028-ci ilə qədər Avropa İttifaqına daxil olmağa hazır olması üçün əlindən gələni edəcək", - deyə Reçan Brüsseldə Avropa Parlamentinin prezidenti Roberta Metsola ilə görüşündə bildirib.

Məlumata görə, tərəflər Moldovanın Avropaya inteqrasiyası prosesində Avropa İttifaqının dəstəyini müzakirə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moldova    


Bizi "telegram"da izləyin