Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Bayraktar 2004-cü ildə mühəndislik meneceri olaraq başladığı “Baykar”dakı macərasında şirkətin başlanğıc dövründən avtonom texnologiya sahəsindəki hazırkı lider mövqeyinə qədər inkişafının hər mərhələsində rol oynayıb.
Bayraktar “Baykar”ın “dünyanın ən böyük pilotsuz uçuş aparatı istehsalçısı” halına gəldiyini, Avropa və NATO-dan türk dövlətlərinə, Afrikadan Yaxın Şərqə qədər 38 beynəlxalq tərəfdaşa sahib olduğunu bildirib.
O, NATO müttəfiqləri Polşa, Rumıniya, Kosovo və Xorvatiya ilə yanaşı, Türkiyənin öz hərbi qüvvələrinin, hüquq-mühafizə orqanlarının və təbii fəlakətlə mübarizə təşkilatlarının da “Baykar” sistemlərindən istifadə etdiyini vurğulayıb.
“Türkiyə NATO müttəfiqi olduğu üçün bizim bütün məhsul və texnologiyalarımız Qərbin texniki standartlarına və hərbi spesifikasiyalarına uyğundur, Qərb sistemlərinə tam uyğundur”, - deyə Bayraktar qeyd edib.
Bayraktar bildirib ki, “Kızılelma” bir inqilab, “Baykar” qlobal liderdir.
O, “Kızılelma”nın 2022-ci ildəki ilk uçuşunu “inqilab” kimi qiymətləndirib.
Sevinc Əliyeva
Ordu.az