Britaniya PUA texnologiyalarına 2 milyard funt-sterlinq sərmayə qoymağa qərar verib

2025/06/1749026979.jpg
Oxunub: 326     10:48     05 İyun 2025    
Böyük Britaniya Rusiya-Ukrayna müharibəsindən əldə etdiyi hərbi təcrübəyə uyğun olaraq Pilotsuz Uçuş Aparatları (PUA) texnologiyalarına 2 milyard funt-sterlinq sərmayə qoymağa qərar verib.

Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Britaniya hökuməti tərəfindən dərc edilən yeni Strateji Müdafiə İcmalı Hesabatında yer alan məlumata görə, bu investisiya çərçivəsində xüsusilə sərfəli “gəzən sursat” sistemləri (kamikadze PUA-sı), təkmil təkrar istifadə edilə bilən PUA platformaları və “İnsansız Sistemlər Mərkəzi”nin yaradılması prioritetdir.

Sözügedən mərkəz məlumat mübadiləsini artırmağı, quru, hava və dəniz qüvvələri arasında texnoloji koordinasiyanı gücləndirməyi hədəfləyir.

Britaniyanın müdafiə naziri Con Hili İcmalar Palatasına verdiyi açıqlamada qeyd edib: “Ordu PUA-lar, süni zəka və ağır zirehli elementlərin inteqrasiyası ilə 10 qat daha öldürücü olacaq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin