Aİ Britaniya, İtaliya və Yaponiyanın GCAP layihəsini təsdiqləyib

2025/06/1748938592.jpg
Oxunub: 505     15:55     03 İyun 2025    
Avropa Komissiyası Böyük Britaniyada yerləşən "BAE Systems", İtaliyada yerləşən "Leonardo" və Yaponiyada yerləşən "Japan Aircraft Industrial Enhancement Co" şirkətləri arasında yeni nəsil döyüş təyyarəsinin istehsalını idarə etmək üçün birgə müəssisənin yaradılmasını təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

"Global Combat Air Programme (GCAP)" çətiri altında hazırlanacaq təyyarə 2035-ci ilə qədər xidmətə daxil olmağı hədəfləyən ən iddialı müdafiə layihələrindən biri olacaq.

Avropa ittifaqının rəqabət orqanı bu təşəbbüsün birlik daxilində rəqabətə mənfi təsir göstərməyəcəyi qənaətinə gəlib. Birgə müəssisənin dizayn, inkişaf və istehsal prosesləri Britaniyada aparılacaq.

GCAP ABŞ-nin F-35 təyyarələri və oxşar proqramlarına alternativ olaraq yerləşdirilib. NATO ölkələrinin hava qüvvələrinin əsas platformasına çevrilən F-35 bəzi paytaxtlarda Vaşinqtondan həddən artıq asılılıqla bağlı narahatlıq yaradıb.

Layihə ABŞ-nin təhlükəsizlik zəmanətlərindən geri çəkildiyi Tramp dövründə müttəfiq ölkələrin öz müdafiə qabiliyyətini artırmaq üçün atdığı strateji addımlardan biri kimi qiymətləndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: GCAP   ABŞ   F-35  


Bizi "telegram"da izləyin