Filippinin müdafiə naziri 5,6 milyard dollarlıq F-16 alışına məsafəli yanaşır

2025/06/1748938535.jpg
Oxunub: 458     15:28     03 İyun 2025    
Filippinin müdafiə naziri Gilberto Teodoro ABŞ-nin aprel ayında təsdiq etdiyi F-16 döyüş təyyarələrinin 5,6 milyard dollarlıq satışı ilə bağlı ciddi şübhələrini bildirib.

Ordu.az xəbər verir ki, Sinqapurda keçirilən "Shangri-La" Dialoqunda danışan Teodoro Filippinin bu satışla bağlı hələ rəsmi təklif almadığını və F-16-ların alınmasının açıq şəkildə gündəmlərində olmadığını bildirib.

"Masamda qiymətləndirəcək heç nə yoxdur", - deyə Teodoro qeyd edib.

O, ABŞ Dövlət Departamentinin təsdiqinə baxmayaraq, bu satışın əslində qəbul edilmiş bir qərar olmadığını vurğulayıb.

Teodoro əlavə edib ki, satışla bağlı mediada yayılan xəbərlər "şişirdilib" və hansı çoxməqsədli döyüş təyyarəsinin alınacağına dair yekun qərar verməyiblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Filippin   MN   F-16  


Bizi "telegram"da izləyin