Ordu.az xəbər verir ki, "Rheinmetall" artan qlobal tələbata cavab olaraq silah-sursat istehsal potensialını genişləndirmək səyləri çərçivəsində Cənubi Afrikada yeni birgə müəssisə yaradıb.
"Rheinmetall Resonant South Africa (Pty) Ltd." adlı yeni şirkət səhmlərin 51%-nə sahib olan "Rheinmetall Waffe Munition GmbH" və qalan 49%-ə sahib olan "Resonant Holding"in mövcud səhmdarları arasında birgə müəssisə kimi qurulub.
Törəmə müəssisənin yaradılması tənzimləyici orqanlar tərəfindən təsdiqləndikdən sonra həyata keçirilib. Bu, "Resonant Holding" və onun törəmə şirkətlərinin demək olar ki, bütün aktivlərinin yeni müəssisəyə köçürülməsini nəzərdə tutur.
Satınalmanın maliyyə şərtləri açıqlanmayıb.
"Rheinmetall Resonant" Cənubi Afrikanın illik satışlarının 100 milyon avrodan çox olacağı gözlənilir.
Sevinc Əliyeva
Ordu.az