Türkiyənin müdafiə və aviasiya sənayesi 2025-ci ilin may ayında 741 milyon dollarlıq ixracat həyata keçirib

2025/06/1748937016.jpg
Oxunub: 523     13:21     03 İyun 2025    
Türkiyənin müdafiə və aviasiya sənayesi 2025-ci ilin may ayında 741 milyon dollarlıq ixracat həyata keçirib.

Ordu.az xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi 2025-ci ilin may ayında ixracını davam etdirib.

Bu çərçivədə, TİM məlumatlarına görə, 741 milyon 881 min dollarlıq ixrac reallaşdırılıb.

İlin ilk 5 ayını əhatə edən yanvar-may dövründə ümumi ixrac ilin eyni dövrü ilə müqayisədə 29% artaraq, 2 milyard 980 milyon dollar olaraq qeydə alınıb.

2025-ci ilin digər aylarında ixrac aşağıdakı kimidir:

Yanvar: 380 milyon 184 min dollar
Fevral: 435 milyon 244 min dollar
Mart: 883 milyon 990 min dollar
Aprel: 538 milyon 273 min dollar
May: 741 milyon 881 min dollar

2024-cü ildə NATO və xidmət ixracatı da daxil olmaqla, Türkiyənin müdafiə və aviasiya sənayesi ixracı əvvəlki ilin eyni dövrünə görə 29% artaraq, 7 milyard 154 milyon dollar olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   NATO  


Bizi "telegram"da izləyin