Sabiq erməni Baş nazir: "Hökumət bütün nüfuzlu şəxsləri məhv etməyə çalışaraq, kilsəyə qarşı yeni kampaniyaya başlayıb"

2025/06/1748934386.jpg
Oxunub: 336     13:41     03 İyun 2025    
"Biz bütün ermənilərin katolikosunun təşəbbüsü ilə Ümumdünya Kilsələr Şurasının Berndə keçirdiyi beynəlxalq konfransı alqışlayırıq".

Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Baş naziri Vazgen Manukyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın hazırkı hökuməti bütün nüfuzlu şəxsləri məhv etməyə çalışaraq, kilsəyə qarşı yeni kampaniyaya başlayıb.

"Bir dövləti, xalqı məhv etmək istəyirsənsə, mənəvi məhv (mədəniyyət, təhsil, tarix, din) fiziki məhvdən daha vacibdir. Ermənistanın hazırkı hökuməti antierməni fəaliyyətini davam etdirərək, kilsəyə qarşı yeni kampaniyaya başlayıb. Səbəblərdən biri də odur ki, nəhayət, səlahiyyətlərini itirən və hakimiyyəti itirmək təhlükəsi ilə üzləşən bu hakimiyyət bütün nüfuzlu şəxsləri məhv etməyə çalışır", - deyə bəyanatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Kilsə  


Bizi "telegram"da izləyin