Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Müasir tank əleyhinə silahlar və əldəqayırma partlayıcı qurğular qarşısında həssas hesab edilən M113-lərin tədricən “Namer” ZPD-ləri və “Eitan” zirehli döyüş vasitələri ilə əvəzlənməsi nəzərdə tutulur.
Bununla belə, bu yeni platformaların istehsal sürəti və yüksək xərcləri hələ də İsrail Müdafiə Qüvvələrini M113 platformasından asılı vəziyyətə salıb.
Əvvəllər İsrail M113 platformasını tamamilə istifadədən çıxarmaq əvəzinə bəzi vasitələri yeniləyərək, onu müxtəlif missiyalarda istifadə etməyə davam edirdi.
Xüsusilə Qəzzada baş verən son münaqişələrdə M113-lərin bəziləri insansız quru platformalarına çevrilib və həm döyüş, həm də mühəndislik sahələrində istifadə edilib.
Sevinc Əliyeva
Ordu.az