Rusiyanın Şimali Koreyaya HHM sistemi göndərdiyi iddia edilir

2025/05/1748670028.jpg
Oxunub: 554     17:59     04 İyun 2025    
Cənubi Koreya və ABŞ ilə əməkdaşlıq çərçivəsində yaradılan Çoxtərəfli Sanksiya Monitorinq Qrupu (MSMT) Rusiyanın Şimali Koreyaya Hava Hücumundan Müdafiə (HHM) sistemləri verdiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Seulda yerləşən "Yonhap" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Cənubi Koreya Xarici İşlər Nazirliyinin dərc etdiyi MSMT hesabatında Moskva ilə Pxenyan arasında son hərbi əlaqələrə diqqət çəkilib.

Hesabatda qeyd edilib ki, Rusiya 2024-cü ilin noyabr ayından etibarən Şimali Koreyaya ən azı bir "Pantsir" HHM sistemi və döyüş maşını təhvil verib.

Hesabatda Rusiyanın 2024-cü ilin mart-oktyabr ayları arasında Şimali Koreyaya 1 milyon barreldən çox yanacaq təmin etdiyi və təxminən 8 min Şimali koreyalı işçinin Rusiyada çalışdığı, Şimali Koreyanın isə 2023-cü ilin sentyabr ayından etibarən Rusiyaya milyonlarla artilleriya mərmisi, ballistik raket və ağır silah da daxil olmaqla, 20 mindən çox konteyner hərbi texnika göndərdiyi bildirilib.

Hesabatda Şimali Koreyanın 2024-cü ildə Rusiyaya 11 mindən çox hərbi qulluqçu göndərdiyi, son vaxtlar isə daha 3 min hərbi qulluqçunun yerləşdirildiyi qeyd edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Şimali-Koreya   HHM  


Bizi "telegram"da izləyin