Tramp: İranla razılaşma əldə etməyə çox yaxınlaşırıq

2025/05/1747224459.jpg
Oxunub: 418     11:13     15 May 2025    
Biz İranla razılaşma əldə etməyə çox yaxınlaşırıq.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Qətərdə biznes liderləri ilə görüşdə bildirib.

Tramp İranla razılaşmaya çox yaxın olduğunu düşündüyünü deyib.

“Düşünürəm ki, biz İranla razılaşma əldə etməyə çox yaxınlaşırıq. İranla ciddi danışıqlar aparırıq. Biz ikinci mərhələyə keçmək və İranı təhdid etmək istəmirik”, - Tramp vurğulayıb.

O əlavə edib ki, İran qüdrətli ölkəyə çevrilməlidir, lakin nüvə silahına malik ola bilməz.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin