Fransa-Əlcəzair münasibətləri yenidən gərginləşib

2025/04/1744740782.jpg
Oxunub: 623     00:16     15 May 2025    
Fransa və Əlcəzair arasında gərginlik səngimir. Fransa rəsmilərinin Əlcəzairdən qovulmasına cavab olaraq, Paris də əlcəzairli diplomatları geri göndərəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro ölkəsinin bu addımı atacağını bəyan edib.

Nazir qeyd edib ki, Fransa Əlcəzairin bu əsassız və qəbuledilməz qərarını qətiyyətlə pisləyir və bununla bağlı Əlcəzairin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb.

Qeyd edək ki, Fransa və Əlcəzair arasında münasibətlər 2024-cü ilin yayında Parisin Mərakeşin Qərbi Sahara üzərində suverenliyini tanıması fonunda pisləşdi. Buna cavab olaraq Əlcəzair Parisdəki səfirini geri çağırdı və Prezident Tebbun ilkin olaraq 2024-cü ilin sentyabrına planlaşdırılan Fransaya səfərini ləğv etdi. Həmin ilin noyabrında Əlcəzair-Fransız yazıçısı Boualem Sansalın həbsi vəziyyəti daha da çətinləşdirdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Əlcəzair  


Bizi "telegram"da izləyin