Almaniyanın bir sıra partiyalarından olan deputatlar Ukraynaya dəstəyə qarşı çıxıblar

2025/01/1736918481.jpg
Oxunub: 502     18:16     19 Yanvar 2025    
Almaniyanın dörd siyasi partiyasının nümayəndələri Ukraynaya 3 milyard avro məbləğində maliyyə dəstəyinin mümkünlüyünə qarşı çıxıblar.

Ordu.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Maliyyə yardımının ayrılmasın qarşı çıxanlar “Xristian Demokratik İttifaqı”, “Azad Demokrat Partiyası”, “Yaşıllar” və hakim “Sosial Demokrat Partiyası”nın üzvləridir.

Parlamentarilər qeyd ediblər ki, milyardlar Almaniya vətəndaşlarının ehtiyaclarına yönəldilə bilər.

“Biz təqaüdçülərimizdən və ya yerli qurumlardan götürməli olduğumuz heç bir şeyi Ukraynaya verə bilmərik”, - deyə Bundestaqının üzvü Matias Mirş bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna  


Bizi "telegram"da izləyin