Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Starmer xüsusilə fəaliyyətinin ilk günlərindən onunla çalışan əməkdaşları qeyd edib. O bildirib ki, həmin şəxslərin zəhməti, xeyirxahlığı və iş vaxtından artıq fəaliyyəti ölkənin rifahına xidmət edib və bu fəaliyyət diqqətdən kənarda qalmayıb.
“Bu, heç vaxt görüşməyəcəyiniz və gördüyünüz işlərdən xəbər tutmayacaq insanlar üçün əhəmiyyət daşıyacaq. Əsl vacib olan da budur”, - deyə nəşr baş nazirin sözlərini sitat gətirib.
Starmer eyni zamanda ailəsinə dəstək göstərən əməkdaşlara, o cümlədən həyat yoldaşı və uşaqlarına kömək edən şəxslərə təşəkkürünü bildirib.
O, həmçinin iqamətgahın bağçasında insanlar ilə çay və ya qəhvə ətrafında ünsiyyət quran əməkdaşların fəaliyyətini də yüksək qiymətləndirib.
Xatırladaq ki, Starmer 2026-cı il iyunun 22-də baş nazir vəzifəsini tərk etmək qərarına gəldiyini açıqlamışdı. Bundan əvvəl Leyboristlər Partiyası daxilində liderlik uğrunda mübarizə ilə bağlı siyasi dəyişikliklərin baş verdiyi bildirilirdi.
Sevinc Əliyeva
Ordu.az