Britaniyanın sabiq səfiri Starmerin istefasının səbəblərini açıqlayıb

2026/04/1776675723.jpg
Oxunub: 212     22:03     22 İyun 2026    
Böyük Britaniyanın Suriyadakı keçmiş səfiri Piter Ford Baş nazir Kir Starmerin istefasını vətəndaşların iqtisadi vəziyyətlə bağlı narazılığı ilə əlaqələndirib.

Ordu.az xəbər verir ki, Piter Ford bu barədə “RİA Novosti” agentliyinə açıqlamasında danışıb.

Onun sözlərinə görə, Kir Starmerin istefasına həyat səviyyəsinin bahalaşması, vergilərin artırılması və müdafiə xərclərinin yüksəldilməsi ilə bağlı narazılıqlar səbəb olub.

Starmer daha əvvəl Leyboristlər Partiyasının lideri vəzifəsini tərk etmək qərarına gəldiyini açıqlayıb. O, yeni lider seçilənədək baş nazir səlahiyyətlərini icra etməyə davam edəcək. Yeni liderin seçilməsi prosesi iyulun 9-da başlayacaq və parlamentin sentyabr ayında fəaliyyətini bərpa etməsinə qədər başa çatmalıdır.

Ford bildirib ki, Starmerin reytinqinin aşağı düşməsinin əsas səbəbi onun “sadə insanlarla” əlaqə qurmaqda çətinlik çəkməsi və iqtisadi vəziyyətin pisləşməsidir. O qeyd edib ki, həyat səviyyəsinin bahalaşması vergilərin artırılması, sosial xərclər, müdafiə sahəsinə ayrılan vəsaitin artırılması və sıfır emissiya siyasəti ilə daha da güclənib.

Keçmiş diplomat həmçinin Böyük Britaniya cəmiyyətində ümumi geriləmə hissinin artdığını vurğulayıb. O, sosial xidmətlərlə bağlı problemləri, gənclər arasında işsizliyi, cinayətkarlığı və qeyri-qanuni miqrasiyanı buna nümunə göstərib.

Daha əvvəl bildirilmişdi ki, təxminən 100 leyborist deputat may ayında keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilərdəki uğursuzluqdan sonra Starmerin istefasını dəstəkləyib. Sonradan onların sırasına partiya rəhbərliyinin dəyişdirilməsini istəyən yeni tərəfdarlar da qoşulub. Onların arasında Mançesterin keçmiş meri Endi Börnem də var. O, Leyboristlər Partiyasının liderliyi uğrunda mübarizəyə qatılmaq niyyətində olduğunu açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Starmer  


Bizi "telegram"da izləyin