Ağdamda qazıntı zamanı insan skeletinə bənzər qalıqlar aşkarlanıb

2026/06/1782143770.jpg
Oxunub: 223     19:36     22 İyun 2026    
Ağdamda qazıntı zamanı insan skeletinə bənzər qalıqlar aşkarlanıb.

Ordu.az "Report"a istinadən xəbər verir ki, qalıqlar rayonun Baş Qərvənd kəndi ərazisində tapılıb.

Sümük qalıqları ərazidə aparılan qazıntı işləri zamanı aşkar edilib.

Faktla bağlı müvafiq qurumların əməkdaşları əraziyə cəlb olunub. İlkin məlumata görə, sümüklərin mənşəyinin və kimə aid olduğunun müəyyənləşdirilməsi məqsədilə ekspertizalar təyin edilib.

Hazırda araşdırmalar davam etdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağdam   Qalıq  


Bizi "telegram"da izləyin