Ordu.az Çin Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bu barədə Van İ Yeni Dehlidə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin müavini Qadir Nizamipurla görüşdə bildirib.
O, Pakistan və Qətərin köməyi ilə İran ilə ABŞ arasında texniki məsləhətləşmələrin başlamasını, həmçinin gələcək danışıqların mexanizmi üzrə razılaşmaların əldə olunmasını alqışlayıb.
Çinin XİN rəhbərinin sözlərinə görə, sənədin 14 əsas müddəası düşmənçilik hərəkətlərinin dərhal və daimi dayandırılmasını, güc tətbiq etməkdən və ya hədələməkdən imtinanı, suverenliyə, ərazi bütövlüyünə qarşılıqlı hörməti, eləcə də daxili işlərə qarışmamağı nəzərdə tutur:
"Memorandumun qorunub saxlanması və həyata keçirilməsi əldə edilmiş atəşkəsi möhkəmləndirməyə kömək edəcək, İran və ABŞ arasında münasibətlərdə yeni perspektivlər açacaq, Yaxın Şərqə sülhün qayıtmasına töhfə verəcək".
O bildirib ki, Çin İranın hərtərəfli strateji tərəfdaşı kimi sülhə töhfə verən bütün səyləri dəstəkləyir və regionda sabitliyin bərpasında konstruktiv rol oynamağa davam etməyə hazırdır.
Öz növbəsində Nizamipur Yaxın Şərqdəki son hadisələr və İranla ABŞ arasında danışıqların gedişi barədə Çin tərəfini məlumatlandıraraq, sülhə dəstəyə görə Pekinə təşəkkür edib.
Diplomatlar, həmçinin strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, müxtəlif səviyyələrdə təmasların genişləndirilməsi və çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini müzakirə ediblər.
Ordu.az