Ordu.az xəbər verir ki, təlim Konyadakı 3-cü Əsas Reaktiv Aviasiya Baza Komandanlığında keçirilir.
Təlimdə iştirak etmək üçün Misir Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları və C-130H nəqliyyat təyyarələri ötən həftə Konyaya yerləşdirilib.
Azərbaycan Hərbi Hava Qüvvələri isə təlimə Su-25 yaxın hava dəstəyi təyyarələri ilə qatılır. Həmin təyyarələrin modernləşdirilməsi TUSAŞ və ASELSAN tərəfindən həyata keçirilib.
Təlim iyulun 3-dək davam edəcək.
Əvvəlcədən bu tarixlərdə beynəlxalq iştirakla “Anadolu Qartalı” təliminin keçirilməsi planlaşdırılırdı. Lakin Yaxın Şərqdə davam edən böhran səbəbindən xarici iştirakın ləğv edilməsi nəticəsində təlim üçtərəfli formatda təşkil olunub.
Ötən həftə Türkiyə Hərbi Hava Qüvvələri də Misirdə keçirilən birgə təlimdə iştirak edib. 2026-cı il iyunun 4-dən 17-dək keçirilən təlimə 6-cı Əsas Reaktiv Aviasiya Bazasının 162-ci Reaktiv Aviasiya Eskadrilyasına məxsus üç F-16 qırıcısı cəlb olunub.
Təlimin məqsədi iki ölkənin hava qüvvələri arasında birgə əməliyyat imkanlarının artırılması, ortaq hava əməliyyatı prosedurlarının sınaqdan keçirilməsi və yeni taktiki təcrübələrin əldə edilməsidir.
Sevinc Əliyeva
Ordu.az