Ordu.az xəbər verir ki, bu barədə A. Əraqçi "Telegram" kanalında məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ ilə İsveçrədəki danışıqlarda İranı təmsil edən nümayəndə heyətinin əsas üzvlərinin Maskat səfəri Omanın Sultanı Heytəm bin Tariq Al Səidin dəvəti ilə baş tutub:
"Omana səfəri zamanı M. Qalibaf Omanın Sultanı Heytəm bin Tariq Al Səid ilə görüşəcək və ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini, eləcə də Hörmüz boğazının idarə edilməsi üzrə İranın tədbirlərinin gücləndirilməsi istiqamətində birgə səyləri müzakirə edəcək".
Ordu.az