Polşa Zelenskinin geri qaytardığı Ağ Qartal ordenini qəbul etdiyini təsdiqləyib

2026/06/1782157778.jpg
Oxunub: 285     23:46     22 İyun 2026    
Polşa Prezident Administrasiyası Ukrayna Prezidenti Volodimir Zelenskinin poçt vasitəsilə geri göndərdiyi Ağ Qartal ordeninin qəbul olunduğunu təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə Polşa Prezidentinin mətbuat katibi Rafal Leşkeviç “Polsat News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, orden saxlanılması üçün Mükafatlar və Təyinatlar İdarəsinə təhvil veriləcək.

Leşkeviç vurğulayıb ki, bu mükafat Polşanın ən yüksək dövlət təltifi hesab olunur və ona dair müvafiq sertifikat artıq hüquqi qüvvəsini itirib. Buna görə də orden rəsmi arxivlərdə saxlanılacaq.

“Bu gün onu Prezident Administrasiyasında qəbul etdik”, - deyə o bildirib.

Mətbuat katibi əlavə edib ki, orden “layiq olduğu hörmətlə” qorunacaq və bir daha heç kimə təqdim edilməyəcək.

Polşa ilə Ukrayna arasında münasibətlərin gərginləşməsi ehtimalını şərh edən Leşkeviç belə bir ssenari gözləmədiyini bildirib.

O, Prezident Karol Navrotskinin mövqeyini xatırladaraq qeyd edib ki, ordenin geri alınması Ukrayna xalqına qarşı yönəlməyib və Rusiyanın həm Ukrayna, həm də Avropa üçün ümumi təhlükə olaraq qaldığını vurğulayıb.

Daha əvvəl Polşa Prezidenti Karol Navrotski Volodimir Zelenskini Ağ Qartal ordenindən məhrum etmişdi. Bu qərarın tarixi yaddaş məsələləri və Ukrayna Üsyançı Ordusunun (UPA) şərəfinə verilmiş adlarla əlaqədar olduğu bildirilirdi.

Buna cavab olaraq bir sıra ukraynalı rəsmilər Polşa mükafatlarını geri qaytaracaqlarını açıqlamış, Zelenski isə ordeni poçt vasitəsilə geri göndərdiyini bildirmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Zelenski  


Bizi "telegram"da izləyin