Somali: İsrail qondarma “Somalilənd”i tanıdıqdan sonra bölgəyə təxminən 50 hərbçi göndərib

2026/06/1782145152.jpg
Oxunub: 205     20:12     22 İyun 2026    
Somali mənbələrinin iddiasına görə, İsrail qondarma “Somalilənd”in tanınmasından qısa müddət sonra bölgəyə təxminən 50 hərbçi yerləşdirib.

Ordu.az xəbər verir ki, bu barədə Somaliyə məxsus “Hiiraan Online” portalı ölkə rəsmilərindən birinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu məlumat Somali kəşfiyyatının hesabatlarında əks olunub.

O bildirib ki, bölgəyə göndərilən hərbçilərin yerli əhali arasında diqqət çəkməməsi üçün əsasən Afrika mənşəli şəxslər arasından seçildiyi iddia olunur.

Daha əvvəl qondarma “Somaliləndin müdafiə naziri” Məhəmməd Yusuf Əli “Reuters” agentliyinə açıqlamasında İsrailin bölgədə hərbi baza yaratmadığını, lakin yerli təhlükəsizlik qüvvələrinin hazırlanmasına dəstək göstərdiyini bildirmişdi.

“Nazir” hərbi baza yaradılması ilə bağlı yayılan məlumatları şayiə adlandırmışdı.

Qeyd edək ki, 1991-ci ildə Somalidən ayrılaraq müstəqilliyini elan edən qondarma “Somalilənd” dünyanın əksər dövlətləri tərəfindən tanınmayıb və BMT tərəfindən Somali ərazisinin bir hissəsi hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Somali   İsrail  


Bizi "telegram"da izləyin